Çərşənbə axşamı “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində Qarabağ münaqişəsinin tarixinə və müxtəlif məsələlərə həsr olunmuş Azərbaycan, rus və ingilis dillərində unikal materialların yer aldığı voiceofkarabakh.com portalının, eləcə də ingilis və rus dillərində “Qarabağ münaqişəsinin qısa tarixi və səbəbləri” adlı kitabçanın təqdimatı olub.
Bu mərhələdə voiceofkarabakh.com portalında Qarabağ müharibəsi zamanı erməni terrorçuların Xocavənd rayonunda törətdikləri cinayətlərə, Qaradağlı kəndində Azərbaycan əhalisinin soyqırımına dair materiallar, eləcə də Qarabağın bu regionu barədə tarixi arayışlar, xəritələr və məlumatlar yerləşdirilib. Portal AzərbaycanRespublikasınınPrezidenti yanındaQeyri-Hökumət TəşkilatlarınaDövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində Qafqaz Tarixi Mərkəzi tərəfindən yaradılıb. Həmçinin bu layihə çərçivəsində ingilis və rus dillərində dərc edilmiş “Qarabağ münaqişəsinin səbəbləri və qısa tarixi” adlı kitabçanın da təqdimatı keçirilib.
“Bir gün əvvəl voiceofkarabakh.com portalınının təqdimatı barədə elan edilmişdi, bu gün isə o, artıq erməni hakerlərin kiberhücumuna məruz qalıb ki, bu da bizim doğru yolda olduğumuzdan xəbər verir”, - deyə tədbirdə Qafqaz Tarixi Mərkəzinin direktoru, UNESCO-nun Mənəvi ənənələrin komparativ təqdiqatları, onların mədəni spesifikası və dinlərarası dialoq üzrə kafedrasının dosenti, tarixçi Rizvan Hüseynov bildirib. O əlavə edib ki, saytın fəaliyyəti iki saat ərzində bərpa edilib.
O qeyd edib ki, mərkəz tarixdəki ağ ləkələrin aradan qaldırılması məqsədi ilə müxtəlif mənbələrdən materialların, o cümlədən sənəd və məktubların öyrənilməsi ilə məşğul olur.
Onun sözlərinə görə, SSRİ-nin mövcud olduğu dövrdə tarix sovet dövlətinin maraqlarına uyğun təqdim edilirdi və təbii ki, Azərbaycanın milli maraqlarını əks etdirmirdi.
“Azərbaycanın həqiqi tarixinin öyrənilməsi məqsədi ilə bizim mərkəz Türkiyə, Rusiya və digər dövlətlərin arxivlərində saxlanılan sənədlərlə işləyir”,- deyə R.Hüseynov qeyd edib.
O bildirib ki, Ermənistan tərəfi bəyan edir ki, azərbaycanlılar Qafqazda gəlmə xalqdır .
“Müxtəlif ölkələrin dövlət arxiv materialları, dövlət xadimlərinin, o cümlədən Rusiya imperatorlarının yazışmaları, müxtəlif ölkələri təmsil edən səyyahlar, tarixçilər və coğrafiyaşünasların xatirələri azərbaycanlıların Qafqazda yüzillər öncə yaşamasından xəbər verir”,- deyə tarixçi vurğulayıb. R.Hüseynov suallara cavab verərək qeyd edib ki, Türkiyə və Gürcüstandan olan mütəxəssislərlə yanaşı, bir çox ölkələrin ekspertləri, Rusiya və Ukrayna şərqşünasları Qafqaz Tarixi Mərkəzi ilə əməkdaşlıq etmək istədiklərini bildiriblər.
“Məlum olub ki, bizim mərkəzin qaldırdığı problemlər bir çox xarici ekspertləri də narahat edir, onlar bu və ya digər səbəblərdən bu problemlər barədə açıq danışa bilmirlər. Sevindirici haldır ki, arxeoloqlar da bizimlə əməkdaşlıq edirlər”,- deyə o bildirib.
Tarixçi əlavə edib ki, mərkəz hazırda 300-dən çox mənbədən toplanmış materiallar əsasında hazırlanmış monoqrafiyaya hazırlıq üzərində işləyir. Həmçinin payızda 3 kitabın nəşr edilməsi planlaşdırılıb.
R.Hüseynov voiceofkarabakh.com portalının məqsəd və funksiyalarından bəhs edərkən söyləyib ki, zamanla portal Qarabağın tarixi və mədəniyyəti, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinə dair ən məzmunlu internet resurslardan biri olacaq. Yeni portalın üstünlüklərindən biri budur ki, o, tarixin və Qarabağ münaqişəsinin müxtəlif aspektləri barədə qısa və əsas informasiyanın yer aldığı kiçik bölmələrdən ibarətdir. Bu, portalın materiallarının oxunması, ən əsası da bu materialların sosial şəbəkələrdə və saytlarda yayılması üçün əlavə rahatlıq yaradır.
R.Hüseynov tədbir iştirakçılarına bu yaxınlarda ingilis və rus dillərində nəşr edilmiş “Qarabağ münaqişəsinin qısa tarixi və səbəbləri” adlı kitabçanı da təqdim edib. Kitabça Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə nəşr edilib və artıq Bakının qonaqları və turistlərinə paylanılıb. Bu kitabça bir sıra qərb ölkələrinə göndərilərək elm, KİV nümayəndələri arasında, kitabxana və dövlət idarələrində yayılır.
Daha sonra təqdimatda qeyd edilib ki, voiceofkarabakh.com portalının əsas üstünlüklərindən biri onun üç dildə fəaliyyət göstərməsi və burada Azərbaycanın tarixinə dair baza materiallarının, Qarabağ münaqişəsinin səbəbləri və xronologiyasına dair məlumatların toplanmasıdır.
Prezident Administrasiyasının sektor müdiri, politoloq Fuad Axundov Qafqaz Tarixi Mərkəzinin fəaliyyətinə çox böyük dəstək göstərir. Onun köməyi olmadan biz bir sıra ölkələrin dövlət arxivlərinin materiallarına çıxış əldə edə bilməzdik”,- deyə R.Hüseynov qeyd edib. Qafqaz Tarixi Mərkəzi F.Axundovun dəstəyi ilə Azərbaycan tarixinin öyrənilməsi üzrə bir sıra tədqiqat layihələri həyata keçirir. Bu tədqiqatlar çərçivəsində Azərbaycan tarixinə və Qafqaz tarixinin ermənilər tərəfindən saxtalaşdırılmasına dair məqalələr dərc edilir, kitablar buraxılır, filmlər çəkilir. Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrin arxivlərində Azərbaycan tarixinə dair araşdırmalar aparılır.
Bu yaxınlarda Azərbaycanda və xaricdə “Ermənistan və Azərbaycanın alternativ tarixi” adlı sənədli filmin təqdimatı keçirilib. Filmin müəllifi Fuad Axundovdur. Filmdə Rusiya və Ermənistan siyasətçilərinin, alim və ictimai xadimlərin fikirləri, nadir kinokadrlar əks etdirilib, ilk dəfə olaraq bir sıra xarici ölkələrin arxivlərindən götürülmüş Azərbaycana dair nadir sənədlər geniş ictimaiyyətə təqdim edilib.
R. Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət