Daşkəsəndə bir neçə minillik tarixi abidə aşkarlanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir. Arxeoloq Bəxtiyar Cəlilovun sözlərinə görə, Zəylik kəndi yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı bir ədəd kurqan, 5 ədəd isə daş qutu məzar aşkarlanıb. Məzarlarda xeyli sayda saxsı qablar və metal əşyalar tapılıb.
Bu əşyalar e.ə X-IX əsrlərə aiddir. Başqa sözlə, onların 3 min ilə yaxın yaşı var.
Arxeoloji tapıntı öz unikallığı ilə fərqlənir. Bu tip abidələrə Azərbaycan ərazisində ilk dəfədir ki, rast gəlinir. Kurqan sahəsinə və quruluşuna görə əvvəl aşkarlanan tapıntılardan seçilir. Arxeoloji kəşfiyyat nəticəsində müəyyən olunub ki, burada saysız miqdarda daş qutu və kurqan mövcuddur. Bu isə 3 min il əvvəl Daşkəsən ərazisində yerli tayfaların sıx məskunlaşdığını sübut edir.
“Kurqanın kamerası həddən artıq böyükdür. Onun uzunluğu 5 metr, eni 2,5 metr, hündürlüyü isə 2,5 metrdir. Kurqanın içi qaya daşlarından ibarətdir. Burada istifadə olunan qayaların çəkisi 2 tondan artıq olub diametri 2,5 metr, qalınlığı 60 santimetrdir. Onların 3 min il əvvəl bura gətirilməsi və yerləşdirilməsi təəccüblüdür”,- deyə arxeoloq bildirib.
F.Mehdiyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət