Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə əhalinin sayı ilin birinci yarısına əsasən 329,177 min nəfərə çatıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Gəncə şəhər Statistika İdarəsinin aparıcı məsləhətçisi Sürəyya Səfərova məlumat verib.
“Bu göstərici ötən illə müqayisədə 774 nəfər çoxdur. Gəncədə kişilərin sayı 159,980 min nəfər, qadınların sayı isə daha çox – 169,197 min nəfərdir”, - deyə o bildirib.
Yanvar-iyun aylarında 882 doğum, 977 ölüm qeydə alınıb. Hər iki göstərici 2014-cü ilin eyni dövrü ilə müqayisədə azalıb. Əhalinin 21,1%-i 14 yaşa qədər olanlar, 69,3%-i 15-62 yaş arası şəxslər, 9,6%-i isə daha yaşlılardır.
6 ay ərzində Gəncəyə daimi yaşamaq üçün 61 nəfər gəlib. 169 nəfər şəhəri tərk edib.
“Daha bir narahatlıq yaradan məqam nikahlarla bağlıdır. 2015-ci ilin yanvar-iyun aylarında şəhərin qeydiyyat şöbələrində 1233 nikah, 344 boşanma halı qeydə alınıb. Nikahların sayı ötən illə müqayisədə azalıb, boşanmaların sayı isə artıb”,- deyə o qeyd edib.
F.Mehdiyev
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət