Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Mevlüt Çavuşoğlu cümə günü keçirilən görüşdə terrorizmin bütün forma və təzahürlərini müzakirə ediblər.
XİN-in mətbuat xidmətinin məlumatına görə, iki ölkənin XİN başçıları çoxsaylı insan ölümləri ilə nəticələnən Türkiyədə son günlərdə törədilən terror aktlarıni qəti şəkildə pislədilər. Həmsöhbətlər terrorizmin qurbanı olan şəhidlərin ailələrinə başsağlığı verdilər.
Nazirlər ikitərəfli və çoxtərəfli əlaqələrə aid olan məsələləri müzakirə, regional əməkdaşlığın inkişafına, iqtisadi-ticarət əlaqələrinin və mal dövriyəsinin artmasına xidmət edəcək Bakı-Tbilis-Qars dəmir yol xəttinin tezliklə fəaliyyətə başlayacağına münasibətdə məmnunluq ifadə etdilər.
Həmsöhbətlər Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinin ardınca TAP (Trans-Adriatik) və TANAP (Trans-Anadolu) qaz layihələrinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağı və regionun enerji mənzərəsini dəyişəcəyini diqqətə çatdırdılar.
Onlar həmçinin bu günlərdə Azərbaycan və Türkiyə silahlı qüvvələrinin iştirakı ilə Azərbaycanda keçirilən «TurAz Qartalı – 2015» taktiki təlimlərə toxundulıar. Nazirlərin rəyinə əsasən, iki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlığın əməliyyat imkanlarının artırılmasına və regional sülh və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.
Azərbaycan və Türkiyə XİN başçıları Ermənistan-Azərbaycan münaqişəsinin Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə həll edilməməsinin Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik üçün başlıca maneə olduğunu vurğuladılar.
O cümlədən, E.Məmmədyarov və M.Çavuşoğlu üçtərəfli formatda Azərbaycan, Türkiyə və Türkmənistanın iştirakı ilə davamlı əsasda keçirilən bu görüşlərin kəsb etdiyi əhəmiyyət vurğuladılar. Qeyd edildi ki, bu formatda olan toplantılar üç ölkə arasında siyasi, iqtisadi, ticarət, humanitar, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə verir.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət