Gəncə Bulvar Kompleksində Azərbaycanda ilk dəfə olaraq Əli və Ninonun heykəli ucaldılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
"Bu heykələ baxanda iki alovun yanması anlamını verəcək. Heykəlin ətrafında süni tüstü effektləri veriləcək ki, sanki onnların eşqləri səmada uçur. Bu da dünya memarlığında ilk dəfədir ki, abidədə vizual bir görüntü yaradacağıq", – deyə Əli və Nino abidə kompleksinin memarı Cahid Həsənov bildirib.
Gəncəçayın sağ sahilində salınan Əli və Nino parkında yerləşəcək memarlıq əsərində beton-konstruksiya işləri aparılır.
“Qurban Səidin müəllifi olduğu Əli və Nino əsəri əsasında yaradılan heykəllərin hündürlüyü 3,5 metr təşkil edəcək və kompleksdə işlərin 2 aya kimi yekunlaşdırılması nəzərdə tutulur”, – deyə C.Həsənov qeyd edib.
Əli və Nino heykəli şərq üslübunda, lakin modern formada olacaq.
Azərbaycanlı və gürcü gənclərin sevgisinə ithaf edilən abidə Azərbaycandan öncə Çin, Fransa və Gürcüstanda ucaldılıb.
F.Mehdiyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət