2015-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinin kəsiri 595,7 mln. manat və ya ÜDM-in 1,9%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2015-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 9 mlrd. 377,2 mln. manat təşkil edib (2014-cü ilin yanvar-iyul ayları ilə müqayisədə azalma 15,4%).
Həmçinin mənfəət vergisi üzrə daxilolmalar 1 mlrd. 358,2 mln. manat, ƏDV üzrə 1 mlrd. 774 mln. manat, gəlir vergisi üzrə 628,3 mln. manat, aksizlər üzrə 372,4 mln. manat təşkil edib, qalan göstəricilər digər vergi və daxilolmaların payına düşüb.
Hesabat dövründə dövlət büdcəsinin xərcləri 9 mlrd. 972,9 mln. manat (azalma 3,3%) təşkil edib.
Bununla yanaşı, sosial müdafiə və sosial təminat sahəsinə 1 mlrd. 94 mln. manat, təhsil sahəsinə 872,3 mln. manat, səhiyyə sahəsinə 352 mln. manat, ümumi dövlət xərclərinə 929,2 mln. manat, hüquq-mühafizə və məhkəmə orqanlarına 570,1 mln. manat, iqtisadiyyatın inkişafına 4 mlrd. 396,2 mln. manat vəsait yönəldilib.
2015-ci ilin yekunları üzrə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 17 mlrd. 80 mln. manat, xərcləri 17 mlrd. 730 mln. manat səviyyəsində gözlənilir. Kəsir 650 mln. manat və ya ÜDM-in 1,13%-i səviyyəsində proqnozlaşdırılır.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət