Azərbaycan, Fransa və Türkiyə mütəxəssislərindən ibarət beynəlxalq arxeoloji ekspedisiya Naxçıvan şəhəri yaxınlığındakı “Kültəpə-1” qədim yaşayış məskəni və Duzdağ mədənində tədqiqat işlərini başa çatdırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“2013-cü ildə “Kültəpə-1” yaşayış məskəni və Duzdağ mədənində başladığımız tədqiqat işlərini bu il davam etdirmişik”,- deyə birgə arxeoloji ekspedisiyanın rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev regional büroya bildirib.
Onun sözlərinə görə, Naxçıvan şəhərindən 8 km şimal-şərqdə yerləşən “Kültəpə-1” qədim yaşayış məskənində qazıntı işləri ötən əsrin 50-ci illərində də aparılıb, lakin həmin dövrdə bu ərazidə yaşamış qədim insanların həyat tərzi və adətləri barəsində məlumat verən əhəmiyyətli tapıntılar əldə edilməyib.
“Son illərin araşdırmaları, xüsusən bu il aparılan qazıntılar Naxçıvan diyarının əvvəllər öyrənilməmiş qədim tarixinə işıq salıb.”,- deyə alim qeyd edib.
O bildirib ki, qazıntılar zamanı neolit və eneolit dövrlərinə aid olan dairəvi formalı ev divarları, çini qab nümunələri, obsidian, daş və silisiumdan hazırlanmış müxtəlif əmək alətlərinə rast gəlinib.
“Evlərin döşəmələri altında və evlərin arasında insan sümükləri aşkarladıq. Belə məzarlara ilk dəfə rast gəlirik”,- deyə A.Baxşəliyev əlavə edib. Onun sözlərinə görə, ərazidə aşkarlanmış arxeoloji materiallar “Kültəpə-1” yaşayış məskəninin yaşını müəyyən etməyə imkan verəcək.
“Əvvəllər Sovet elmi ədəbiyyatında “Kültəpə-1” bizim eradan əvvəl 4800 il əvvələ aid edilirdi. İndi biz müəyyən etdik ki, Azərbaycan xalqının qədim əcdadları bu ərazidə bizim eradan 7 min il əvvəl məskunlaşıblar. Alim əlavə edib ki, burada tapılmış obsidiandan hazırlanmış əmək alətləri mütəxəssislərin böyük marağına səbəb olub.
“Müəyyən edilib ki, alətlərin hazırlanmasında istifadə edilən obsidian bura Göyçə gölü (indiki Sevan gölü - Ermənistan ərazisi - İF-Az) ətrafındakı yataqlardan və Sünikdən gətirilib. Bu o deməkdir ki, Azərbaycan xalqının qədim əcdadları indiki Ermənistan ərazisinin böyük hissəsinə nəzarət ediblər”, - deyə alim qeyd edib. O əlavə edib ki, “Kültəpə-1” yaşayış məskəni ətrafında bir sıra digər məskənlərə də rast gəlinib.
“Duzdağda araşdırmalar zamanı bizim eradan əvvəl 5-3-cü minilliyə aid qədim duz mədənlərinə rast gəlinib. Qədim insanlar tərəfindən hazırlanmış əmək alətləri, çini qab nümunələri və digər arxeoloji materiallar belə deməyə əsas verir ki, bu mədənlər bu günə qədər elmə məlum olan ən qədim mədənlərdir”, -deyə Azərbaycan-Fransa arxeoloji ekspedisiya qrupunun rəhbəri, Fransa Milli Araşdırmalar Mərkəzinin dosenti Katrin Morro bildirib.
Onun sözlərinə görə, Ovçular təpəsi arxeoloji abidəsində tapılmış mis filizi nümunələri və onun emalı üçün qədim sobaların qalıqları, eləcə də mis əmək və məişət alətləri 7 min il əvvəl bu ərazidə metallurgiyanın inkişaf etdiyini sübut edir.
“Biz qədim insanların Duzdağda istifadə etdikləri texnologiyaları araşdırırıq. Müəyyən etdik ki, Qafqazda ən qədim metallurgiya izlərinə Naxçıvanda rast gəlinir. Ovçular təpəsində tapılmış arxeoloji materiallar əsasında əminliklə demək olar ki, qədim Kür-Araz mədəniyyəti məhz burada yaranıb. Bir sözlə, Naxçıvan qədim dünya tarixinin öyrənilməsində böyük əhəmiyyətə malikdir”, - deyə fransalı alim qeyd edib.
Q.Hüseynova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət