Naxçıvan Muxtar Respublikası Babək rayonunun Xal-xal kəndində Ali Məclisin sədri Vasif Talıbovun iştirakı ilə kənd tam orta məktəbi üçünyeni binanın, kənd mərkəzinin və xidmət mərkəzinin açılışı olub.
V.Talıbov qeyd edib ki, muxtar respublikada məktəblər müasir tədrisin tələblərinə uyğun qurulur. Bu da kollektiv qarşısında mühüm vəzifələr qoyur.
“Müəllimlər çalışmalıdırlar ki, məktəblərdə təhsilli, vətənpərvər gənclər yetişdirilsin. Məktəbi bitirən hər bir gənc istər peşə məktəblərində, istərsə də orta ixtisas və ali təhsil müəssisələrində təhsillərini davam etdirməli, mütləq bir peşə sahibi olmalı, vətənpərvər böyüməlidirlər”, - deyə Ali Məclisin sədri qeyd edib. O vurğulayıb ki, gələcəkdə harada yaşamasından və fəaliyyət göstərməsindən asılı olmayaraq hər bir gənc, ilk növbədə, dövlətinə və xalqına xidmət etməli, ölkənin gələcəyi üçün məsuliyyət daşımalıdır. Bütün bunları isə gənclərə müəllimlər aşılamalıdırlar.
V.talıbov ötən tədris ilinin nəticələrinə əsasən məktəbin fəaliyyətini qənaətbəxş hesab edib. O, kollektivin bundan sonra da yaradılan şəraitdən düzgün istifadə edəcəyinə əminliyini bildirib.
Xal-xal kəndində üçmərtəbəli məktəb binası 192 yerlikdir. Məktəbdə 3-ü elektron lövhəli olmaqla 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter və müəllimlər otaqları, kitabxana, internetə qoşulan 17 kompüter otağı, bufet, idman zalı istifadəyə verilib, həyətdə açıq idman qurğuları quraşdırılıb.
Həmin gün kənd mərkəzinin açılışında iştirak edən V.Talıbov qeyd edib ki, Xal-xal kəndində görülən kompleks quruculuq işləri müasir Azərbaycan kəndinin nümunəsidir. Onun sözlərində görə, yaradılan şəraitdən düzgün istifadə isə kənd sakinlərinin və burada fəaliyyət göstərən dövlət qurumlarının üzərinə düşən əsas vəzifələrdir. Qeyd edilib ki, sakinlər qurulanları qorumalı, yaşıllıqlar artırmalı, təmizliyə diqqət yetirməli, yaradılan şəraitdən istifadə edərək təsərrüfatlarını genişləndirməlidirlər. Dövlət orqanlarında çalışanlar kəndin abadlaşmasında və inkişafında yaxından iştirak etməli, bu qurumların nizamlı və qanunauyğun fəaliyyətinə diqqət artırılmalıdır. Rayon İcra Hakimiyyəti də kəndlərdə inkişafın təmin olunması üçün lazımi tədbirlər görməli, məskunlaşma artmalıdır.
İkimərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik və baytarlıq məntəqəsi üçün otaqlar, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi, polis sahə və feldşer-mama məntəqələri, kitabxana və iclas zalı yerləşir. Binada dövlət orqanları üçün müasir iş şəraiti yaradılıb.
Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri və ərzaq-sənaye malları mağazası fəaliyyət göstərir.
Həmin gün 3 kilometr uzunluğunda Xal-xal kənd avtomobil yolunun açılışı olub.
Q.Hüseynova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət