Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun iştirakı ilə Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Muxtar respublika qadınları müstəqillik illərində” mövzusunda sərgi təşkil edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Muxtar respublika qadınları müstəqillik illərində” sərgisinin milli dəyərlərimizə həsr olunması onun əhəmiyyətini daha da artırır. Hər bir xalqın milli dəyəri onun milli kimlik pasportudur. Ona görə də milli dəyərlərin qorunub-saxlanılması və yaşadılması vacib məsələdir”, - deyə V.Talıbov sərginin açılış mərasimində bəyan edib. Onun sözlərinə görə, milli dəyərlərin yaşadılması, milli-mədəni irsə qayıdış siyasəti bu gün ölkədə uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da milli dəyərlərin yaşadılması istiqamətində ardıcıl tədbirlər görülür.
“Milli dəyərlər min illər ərzində yaradılır və nəsildən-nəslə ötürülərək yaşadılır. Milli dəyərlərin əsas yaradıcıları və yaşadanlar isə qadınlardır. Ölkədə sabitlik varsa, ailə dəyərləri qorunursa, qadınlar cəmiyyətin müxtəlif sahələrində təmsil olunurlarsa, o zaman milli dəyərlər də yaşayacaq”, - deyə V.Talıbov vurğulayıb. O qeyd edib ki, bu gün ölkənin hərtərəfli inkişafı, mövcud sabitlik, dövlət-qadın siyasətinin uğurla həyata keçirilməsi, ailə dəyərlərinə yüksək qiymət verilməsi qadınların ölkəmizin ictimai həyatında fəal iştirakına və istedadlarının üzə çıxarılmasına imkan verir. Qeyd olunub ki, Naxçıvan MR Ali Məclisi sədrinin “Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamına əsasən muxtar respublikada xalq yaradıcılığı günləri keçirilir. Əsas məqsəd milli dəyərlərimizi yaşatmaqdan ibarətdir.
“Milli dəyərlərin yaşadılması sahəsində həyata keçirilən tədbirlər bundan sonra da davam etdirilməlidir. Aidiyyəti dövlət təşkilatları yaradılan şəraitdən istifadə edərək fəaliyyətlərini gücləndirməli, milli dəyərlərin əsas daşıyıcıları olan qadınlar bu işdə yaxından iştirak etməlidirlər”, - deyə V.Talıbov bəyan edib. O bildirib ki, bu cür sərgilər Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın rayon mərkəzlərində də təşkil olunmalı, istedadlı qadınların fəaliyyətinə dəstək verilməlidir.
Sərgidə muxtar respublikada yaşayan 126 istedadlı qadının müxtəlif janrlarda çəkdikləri rəsm əsərləri və əl işlərindən ibarət 753 yaradıcılıq nümunəsi nümayiş olunur. Onların arasında sulu və yağlı boya ilə işlənən tablolarla yanaşı, dekorativ, tikmə, toxuma və aplikasiyalar, taxta üzərində yandırma və oyma işləri, xalçalar, toxuculuq nümunələri, mis üzərində döymə də yer alır.
Sərgi 10 gün davam edəcək.
Q.Hüseynova
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət