Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında MDB çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib.
Əsas diqqət MDB Dövlət Başçıları Şurasının (16 oktyabr 2015-ci il, Burabay qəsəbəsi) və Hökumət Başçıları Şurasının (30 oktyabr 2015-ci il, Düşənbə şəhəri) iclaslarının hazırlıq məsələlərinə yönəldilib.
XİN başçıları MDB dövlət başçılarının BMT-nin yaradılmasının 70 illiyi, beynəlxalq terrorçuluqla mübarizəyə dair bəyanatlarının və Çernobıl AES-də baş vermiş qəzanın 30-cu ildönümü ilə əlaqədar müraciətlərinin layihələrini təsdiq ediblər.
Həmçinin MDB-nin 25 illiyinə həsr olunmuş tədbirlər planı, 2020-ci ilədək olan dövrdə gənclərin beynəlxalq əməkdaşlığı strategiyasının həyata keçirilməsinə dair MDB iştirakçı dövlətlərinin gənclər siyasəti məsələləri üzrə 2016-2017-ci illər üçün tədbirlər planı, 2020-ci ilədək olan dövrdə bədən tərbiyəsi və idmanın inkişafına dair MDB iştirakçı dövlətlərinin 2016-2018-ci illər üçün tədbirlər planı təsdiq edilib.
Xarici işlər nazirləri iclasda “Birliyin mədəni paytaxtları” dövlətlərarası proqramının 2016-cı ildə Türkmənistanda həyata keçirilməsi barədə məlumatı dinləyiblər, MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının fəaliyyətini müzakirə ediblər.
İclas iştirakçıları hüquq, sərhədlərin mühafizəsi sahələrində əməkdaşlıq, ekologiya, fövqəladə halların qabaqlanması və aradan qaldırılması sahələrində MDB ölkələrinin bir sıra qarşılılıqlı reqlamentləşdirici əlaqələrini də təsdiq ediblər.
Bundan başqa, MDB ölkələrinin 2020-ci ildək Hərbi Əməkdaşlıq Konsepsiyasının layihəsi təsdiq olunub.
MDB dövlətlərinin bir sıra idarələrinə baza təşkilatları statusunun verilməsi məsələsi də müzakirə mövzusu olub.
Müzakirələr zamanı bildirilən qeyd və təkliflər nəzərə alındıqdan sonra sənədlərin layihələri baxılması üçün MDB dövlət və hökumət başçılarına təqdim olunacaq.
MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının 2016-cı il aprel ayının 8-də Moskvada keçirilməsi qərara alınıb.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət