ABŞ səfirliyi və Azərbaycanın rəsmi şəxsləri noyabrın 5-də Azərbaycanın qərb regionundakı kəndlərin su təchizatının yaxşılaşdırılması layihəsinə start veriblər. Bu barədə Amerikanın Bakıdakı səfirliyinin mətbuat xidməti məlumat verir.
Məlumatda deyilir ki, ABŞ Avropadakı Hərbi İdarəsinin vasitəçiliyi ilə Bərdə rayonunun Yeni Daşkənd, Alxaslı və Ərdüşlü kəndlərində su sistemlərinin təkmilləşdirilməsi sahəsində üç humanitar layihə həyata keçirmək təşəbbüsü irəli sürüb. Layihəyə ABŞ səfirliyinin Hərbi Əməkdaşlıq İdarəsi nəzarət edəcək. Tamamlandıqdan sonra bu üç layihə 700-ə yaxın ailənin su təchizatını yaxşılaşdıracaq.
ABŞ-ın Avropadakı Hərbi İdarəsi 2003-cü ildən etibarən dəyəri 4 mln. ABŞ dolları olan 17 humanitar yardım layihəsini maliyyələşdirib. Əsasən məcburi köçkün icmalarını əhatə edən bu layihələrə məktəblərin və su təchizatı sistemlərinin təkmilləşdirilməsi və tikintisi daxil olub. 1993-cü ildən etibarən ABŞ Azərbaycandakı qaçqın və məcburi köçkünlərə dəstək olaraq 115 mln. ABŞ dollarından çox yardım ayırıb.
Y.Əliyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət