Belarus Milli Elmlər Akademiyasını (BMEA) təmsil edən tanınmış alim, BMEA-nın baş elmi katibi, akademik Aleksandr Vladimiroviç Kilçevski Genetik Ehtiyatlar İnstitutunda (GEİ) məruzə oxuyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
GEİ bu elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Akademiyanın 70 illik yubiley tədbirlərində Belarus Milli Elmlər Akademiyasını (BMEA) təmsil edən tanınmış alim, BMEA-nın baş elmi katibi, akademik Aleksandr Vladimiroviç Kilçevski ilə görüşüb
Z.Əkpərov qonağa institutun yaranma tarixi, strukturu, burada aparılan elmi tədqiqat işləri, institut alimlərinin elmin müvafiq ən müasir istiqamətlərində əldə etdiyi nailiyyətləri, Belarus institutları ilə birgə həyata keçirilmiş layihələr barədə ətraflı məlumat verib.
A.V.Kilçevski isə öz növbəsində Belarus Respublikasının elmi tədqiqat müəssisələrində, xüsusən də 2004-2014-cü illərdə direktoru olduğu BMEA Genetika və Sitologiya İnstitutunda maddi-texniki bazanın təkmilləşdirilməsi, ən müasir laboratoriyaların qurulması və aparılan modern tədqiqatlar barədə məlumat verib. Görüşdə iki ölkənin bitki nümunələrinin birgə öyrənilməsi və istifadəsi üzrə yeni layihələrin mövcud olduğu bildirilib. Qeyd edilib ki, bu layihələrdən biri Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fonduna və Belarus Respublikasının Elm Fonduna təqdim edilib.
Görüşdə, həmçinin GEİ ilə Belarus institutları arasında biotəhlükəsizlik, genetik modifikasiya olunmuş bitkilər, marker əsaslı seleksiya və genom texnologiyaları üzrə digər birgə layihələrin həyata keçirilməsi, genetik material, ədəbiyyat, alim heyəti və tədqiqat nəticələri ilə mübadilə, eləcə də kadr hazırlığı üzrə əməkdaşlıq əlaqələrinin daha da intensivləşdirilməsi qərara alınıb.
Akademik A.V.Kilçevski institutun akt zalında keçirilən seminarda “Belarus Respublikasında genom biotexnologiyasının inkişafı” mövzusunda məruzə ilə çıxış edib, çoxsaylı sualları cavablandırıb
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət