“BP-Azerbaijan” şirkəti 2015-ci ilin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından 7,2 mlrd. kubmetr qaz hasil edib, bu isə 2014-ci ilin analoji dövrünün göstəricisindən 0,7% azdır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə şirkətdən məlumat verilib.
“Həmçinin hesabat dövrü ərzində “Şahdəniz” yatağından 1,66 mln. ton kondensat hasil edilib. Yatağda möcvud hasilat sisteminin maksimal gücü sutkalıq 29,5 mln. kubmetr qaz və ya illik 10 mlrd. kubmetr qaz təşkil edir”, - deyə şirkətdən qeyd edilib.
Şirkətin məlumatına görə, ümumilikdə, “Şahdəniz” yatağında hasilata başlanandan indiyədək 65 mlrd. kubmetr qaz və 16,5 mln. ton kondensat hasil edilib.
2015-ci ilin yanvar-sentyabr aylarında “Şahdəniz” layihəsi üzrə xərclərin ümumi həcmi $3,74 mlrd. təşkil edib (artım 18%), bunun $0,37 mlrd.–ı - istismar xərcləri, $3,37 mlrd.-ı - əsaslı xərclər təşkil edib. Bununla belə, əsaslı xərclərin ümumi həcmi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” layihəsi üzrə işlərə yönəldilib.
2015-ci ilin yanvar-sentyabr aylarında Cənubi Qafqaz Boru Kəməri mağıstralı (CQBK və ya Bakı-Tiflis-Ərzurum – İF) sutkada nəql orta hesabla 17,8 mln. kubmetr qaz təşkil edib. Bu dpvrdə CQBK-nin xidmətinə istismar xərclər $250 mln., əsaslı xərcləri - $50 mln. təşkil edib. 2014-cü ildə istismar xərcləri $32 mln., əsaslı xərclər $835 mln. təşkil edib.
Xəbər verildiyi kimi, 2014-cü ildə “Şahdəniz” yatağından 9,9 mlrd. kubmetr qaz, 2,3 mln. ton kondensat hasil edilib.
Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qazdəyəri $4,1 mlrd. təşkil edən “Mərhələ-1” çərçivəsində hasil edilir. “Mərhələ-1” çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan arasında qaz satışı haqqında sazişlər bağlanıb. “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Türkiyəyə nəqli üçün uzunluğu 690 km olan Cənubi Qafqaz qaz kəməri (Azərbaycan ərazisində 442 km və Gürcüstan ərazisində 248 km) çəkilib.
Şahdəniz” konsorsiumunun səhmdarları 2013-cü il dekabrın 17-də Bakıda bu yatağın işlənməsinin “Mərhələ-2” layihəsi üzrə yekun investisiya qərarı imzalayıblar.
“Mərhələ-2”nin dəyəri $28 mlrd. təşkil edir. “Mərhələ-2” layihəsi 2 yeni platformanın tikintisini, 26 sualtı quyunun qazılmasını və 550 metr dərinlikdə 500 kilometrlik sualtı boru kəmərlərinin çəkilməsini, Səngəçal terminalının genişləndirilməsini, Cənubi Qafqaz boru kəməri magistralının ötürmə qabiliyyətinin 16 mlrd. kubmetrə qədər artırılmasını və qazın Avropaya nəqli üçün 4000 kilometrə qədər uzunluqda yeni qaz kəmərlərinin tikintisini nəzərdə tutur.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət