Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev tərəfindən hazrlanmış “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsi parlamentin üç komitəsinin müzakirəsinə çıxarılıb.
“ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsi İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin müzakirəsinə çıxarılacaq”, - deyə Milli Məclisin spikeri Oqtay Əsədov bu gün parlamentin son plenar iclasında bildirib.
Sözügedən qanun layihəsi ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kristofer Smitin hazırladığı və Azərbaycanın rəsmi şəxslərinə qarşı sanksiyalar tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinə cavab olaraq deputat Rövşən Rzayev tərəfindən hazırlanıb.
“Baxılmaq üçün Konqresə göndərilən o qanun layihəsinin arxasında erməni lobbisi dayanır. Erməni diasporu bəyan edir ki, Azərbaycanda insan hüquqları pozulur, buna görə də Qarabağ erməniləri Azərbaycanın tərkibində yaşaya bilməzlər. Erməni lobbisinin həmin qanun layihəsini ABŞ Konqresinə çıxarma cəhdləri bununla izah olunur”, - deyə R.Rzayev Milli Məclisdə çıxış edərkən bildirib.
“Nə üçün bu günə qədər Amerika Konqresi Xocalı soyqırımına və erməni tərəfinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətinə hüquqi qiymət verməyib? ABŞ-ın özündə insan hüquqları ilə bağlı çoxlu problemlər var”, - deyə o bildirib.
Deputatın sözlərinə görə, Azərbaycan və Amerika parlamentləri Bakı və Vaşinqton arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində səylərini birləşdirməlidirlər.
R.Rzayev tərəfindən hazırlanmış “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsində ABŞ-la ticarət, energetika, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlığı dayandırmaq tələb olunur. Həmçinin Azərbaycanın Əfqanıstanda
Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) tərkibində iştirakının dayandırılması, Amerikanın hərbi və qeyri-hərbi təyinatlı yüklərinin Azərbaycan ərazisindən tranzitini, Azərbaycanın infrastrukturundan bu məqsədlərlə istifadəni qadağan etmək tələbləri irəli sürülüb. Deputat ABŞ-ın ATƏT-in Minsk qrupundan geri çağırılması proseduruna başlamağı da təklif edib.
R.Babayev
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət