Avropa Şurası Parlament Assambleyasının bazar ertəsi seçilmiş yeni prezidenti Pedro Aqramund hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi Avropanın təhlükəsizliyinə təhdiddir.
“Biz təbii ki, Avropanın müxtəlif regionlarında dondurulmuş münqişələrə diqqət yetirməliyik. Moldovada Dnestryanı, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir, çünki bu münaqişələr Avropanın təhlükəsizliyini təhdid edir”,- deyə P.Aqramund AŞPA-nın qış sessiyasında bildirib.
Onun sözlərinə görə, həll olunmamış münaqişələr Avropada təhlükəsizliyin təmin edilməsi üçün ciddi çağırışlar olaraq qalmaqdadır.
P.Aqramund öz nitqində Ukrayna münaqişəsinə də diqqət çəkib.
Yanvarın 25-də Strasburqda işə başlamış AŞPA-nın qış sessiyasının gündəliyinə Azərbaycan üzrə iki məruzə də daxil edilib.
Sabah sessiyada “Dağlıq Qarabağ və Azərbaycanın digər işğal edilmiş ərazilərində zorakılığın güclənməsi” və “Azərbaycanın sərhədyanı ərazilərində yaşayan əhali qəsdən sudan məhrum edilmişdir” adlı iki məruzə ətrafında müzakirələr aparılacaq.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət