Bu gün Nardaran qəsəbəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından mühafizə bölməsinin açılış mərasimi olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən xəbər verir.
“Bölmə iki yanğnsöndürən maşınla təmin edilib. Gələcəkdə xüsusi texnikanın sayının artırılması planlaşdırılır”, - deyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev jurnalistlərə bildirib.
Nazir müavini qeyd edib ki, əgər əvvəllər yanğınsöndürmə xidmətinin əməkdaşları hadisə yerinə çatmaq üçün 20-25 dəqiqə vaxt itirirdilərsə, bölmənin fəaliyyətə başlaması ilə vaxt itkisi 3 dəfə azalacaq.
Onun sözlərinə görə, şəxsi heyət 30 nəfərdən ibarətdir, onlardan 4-ü zabit, qalan 26 nəfər serjant və sıravilərdən ibarətdir.
“Hazırda bölmədə FHN-in təcrübəli əməkdaşları xidmətə başlayıb. Gələcəkdə yerli əhali də xidmətə cəlb ediləcək”, - deyə E.Mirzəyev qeyd edib.
“Biz həmçinin şöbədə xilasediciləri də yerləşdirməyi planlaşdırırıq, onlar fövqəladə hallarda motosikletlərlə hadisə yerinə gedib öz vəzifələrini yerinə yetirəcəklər”, - deyə o əlavə edib.
Açılış mərasimində Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev də iştirak ediblər.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət