Azərbaycanda istehsal olunun kənd təsərrüfatı məhsullarının Rusiya Federasiyasına ixracı zamanı yaranan problemlər tam aradan qaldırılıb. Bu barəıdə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir.
“Fermerlərin və sahibkarların problemlərini aradan qaldırmaq məqsədilə Azərbaycan Respublkası Dövlət Gömrük Komitəsi rəhbərliyinin Rusiya Federasiyasının Federal Gömrük Xidməti ilə apardığı müzakirələrdən sonra artıq problem öz həllini tapıb. Belə ki, son üç gündə -11, 12 və 13 iyun tarixlərində Azərbaycanda istehsal edilən müxtəlif kənd təsərrüfatı məhsulları, əsasən də pomidor yüklü 39 vaqon, 113 yük maşını maneəsiz şəkildə Rusiya Federasiyasına yola salınıb”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, iyunun 9-da Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının Rusiya Federasiyasına ixracı zamanı yaranan problemlərin aradan qaldırılmasına dair iki ölkənin gömrük xidmətləri arasında razılıq əldə olunub.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyi ilə apardığı müzakirələrdən sonra məsələnin həlli istiqamətində razılıq əldə olunub.
Qeyd edək ki sön dövrlərdə azərbaycanlı fermer və sahibkarların Rusiya Federasiyasına göndərdikləri kənd təsərrüfatı məhsullarının müxtəlif səbəblərdən geri qaytarılması və ya sərhəddə saxlanılması halları müşahidə olunurdu. Qonşu ölkənin müvafiq orqanları hərəkətlərinə haqq qazandırmaq üçün azərbaycanlı fermerlərə malların sənədlərində mənşə ölkəsinin düzgün qeyd olunmadığını bildirirdi. Nəticədə isə qonşu ölkəyə ixrac olunan kənd təsərrüfatı malları ya geri qaytarılır, ya da uzun müddət sərhəddə yubadıldığı üçün məhsul keyfiyyətini itirirdi. *
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət