Azərbaycan Rusiyanın regionları ilə əlaqələrin genişləndirilməsində maraqlıdır. Bu barədə Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov bəyan edib.
Azərbaycan ilə Rusiya arasındakı münasibətlər tarixi və mehriban qonşuluq siyasəti üzərində qurulub. Ölkəmiz Rusiyanın bir çox bölgələri, o cümlədən Sankt-Peterburq ilə əlaqələrin genişlənməsində maraqlıdır”, - deyə “AzərTAc” agentliyi S.Qasımovun Rusiya Federasiyasının Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr Komitəsinin sədri Yevgeni Qriqoryevlə görüşündən sitat gətirir.
S.Qasımov Azərbaycan ilə Sankt-Peterburq arasında turizm və kənd təsərrüfatı məhsullarının ixracı sahələrində səmərəli əməkdaşlığın inkişaf etdiyini qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda turizm sahəsində aparılan ciddi islahatlar nəticəsində bu sektorda mühüm irəliləyişlər müşahidə olunur.
Y.Qriqoryev öz növbəsində qeyd edilən sahələrdə əməkdaşlığın inkişafı üçün real imkanların mövcud olduğunu söyləyib.
O, Azərbaycan hökuməti və Sankt-Peterburq hökuməti arasında regional əməkdaşlığın yüksək səviyyəsini xüsusi qeyd edib.
Tərəflər səmərəli əməkdaşlığın inkişafı üçün həlli aktual olan məsələləri müzakirə ediblər.
Azərbaycan hökuməti ilə Sankt-Peterburq hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın birinci iclasının təşkili və baş konsulluq üçün inzibati binanın ayrılması məsələsinə dair fikir mübadiləsi aparılıb. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət