Türkiyədə sabitliyin təmin edilməsi bütün region üçün mühüm əhəmiyyət kəsb edir. Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov deyib.
«Türkiyə regionda və region hüdudlarından kənarda sülh və davamlılığın genişlənməsində və qorunmasında vacib rol oynayır və bu səbəbdən onun özünün sabitliyi bütün region üçün mühüm əhəmiyyət kəsb edir», - deyə XİN başçısı Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin görüşündə çıxışı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə strateji tərəfdaşlığa malikdir.
«Buna görə də təbii olaraq qardaş millətin qanuni hökumətinə qarşı zorakı çevriliş cəhdi bizim cəmiyyətdə böyük təlaş yaratdı. Biz çevriliş cəhdini açıq şəkildə qınadığına, eləcə də Türkiyə rəhbərliyinə dəstək ifadə etmək və Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirmək məqsədilə faciəvi hadisələrdən sonra Türkiyəyə səfər etdiyinə görə Estoniyanın sədrliyini təqdir edirik. Bu addımlar təkcə Türkiyədəki qanuni hakimiyyəti dəstəkləmək üçün deyil, həmçinin təşkilatın tərəfdar olduğu ümumi dəyərləri müdafiə etmək üçün vacib idi. Fürsətdən istifadə edərək bu cinayətin qarşısının alınması zamanı həyatını qurban vermiş şəxslərin ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verirəm», - deyə E.Məmmədyarov söyləyib.
Nazir vurğulayıb ki, Azərbaycan Türkiyənin yanındadır və onun bütün daxili və beynəlxalq fəaliyyətində Türkiyə hökumətinə öz birmənalı dəstəyini ifadə edir.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət