“Şahdəniz” yatağının işlənməyə başlandığı 2004-cü ilin dekabr ayından 2016-cı il sentyabrın 1-dək bu yataqdan ümumilikdə 75 mlrd. kubmetr qaz hasil olunub. Bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.
““Şahdəniz” yatağından hasilata başlanıldığı dövrdən 2016-cı il sentyabrın 1-dək bu yataqdan 75 mlrd. kubmetr qaz və 19 mln. ton kondensat hasil olunub. Yataqdakı 8 quyudan sutkalıq hasilatın həcmi 29 mln. kubmetr təbii qaz və 7 min tondan çox kondensat təşkil edir», - deyə X.Yusifzadə sentyabrın 18-də rəsmi mətbuatda dərc edilmiş məqaləsində qeyd edib.
O vurğulayıb ki, 1 sentyabr tarixinə olan vəziyyətə görə, Türkiyəyə 41,5 mlrd. kubmetr, Gürcüstana isə 5,5 mlrd. kubmetr qaz ixrac edilib.
«Cənubi Qafqaz boru kəməri ilə Gürcüstana qaz ixracının sutkalıq həcmi orta hesabla 1,7 mln. kubmetr, Türkiyəyə isə 16,5 mln. kubmetr təşkil edir», - deyə birinci vitse-prezident əlavə edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Mərhələ-1” çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan arasında qaz satışı haqqında sazişlər bağlanıb. “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Türkiyəyə nəqli üçün uzunluğu 690 km olan Cənubi Qafqaz qaz kəməri (Azərbaycan ərazisində 442 km və Gürcüstan ərazisində 248 km) çəkilib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət