Vaşinqton terrorçuluq, ekstremizm və kibertəhlükəsizliyə qarşı mübarizə məsələlərində Bakı ilə əməkdaşlığın səviyyəsindən razıdır. Bu barədə ABŞ-ın müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Maykl Karpenterbəyan edib.
“Dünən baş nazirin müavini, müdafiə və Dövlət Sərhəd Xidmətinin rəisi ilə görüşlərim oldu. ABŞ Müdafiə Nazirliyi və Azərbaycanın müvafiq strukturları arasında uzunmüddətli əməkdaşlıq perspektivlərini müzakirə etdik”, - deyə M.Karpenter bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan və ABŞ uzun illərdir təhlükəsizlik məsələlərində əməkdaşlıq edirlər və “bu ikitərəfli əlaqələrin ən mühüm sahəsidir”.
“Müstəqilliyin 25 illik dövrü ərzində Azərbaycanla təhdid və çağırışların qarşısını almaq istiqamətində əməkldaşlıq etmişik. Xüsusilə, terrorçuluq, ekstremizm və kibertəhlükəsizliyə qarşı mübarizə, həmçinin dənizdə təhlükəsizlikə məsələlərində. Bütün bu istiqamətlərdə əməkdaşlığımız uğurla davam edir. Azərbaycanlı dostlarımızla tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndiririk”, - deyə o qeyd edib.
M.Karpenter Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştiraka görə Azərbaycana minnətdarlığını bildriib.
“Azərbaycan 11 sentyabr faciəsindən sonra ABŞ-a dəstək verən ilk ölkələrdən oldu. O vaxtdan etibarlı tərəfdaş olaraq qalır”, - deyə o əlavə edib. **
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət