Prezident İlham Əliyev beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsi haqqında qəbul etdikləri qərarların icrası üçün mexanizmlərin müəyyən edilməsinin vacibliyini qeyd edir.
«Beynəlxalq təşkilatlar, o cümlədən BMT TŞ Azərbaycanın işğal edilmiş torpaqlarının dərhal azad edilməsini tələb edən düzgün qərar və qətnamələr qəbul ediblər. Lakin Ermənistan bu qərarlara məhəl qoymur və beynəlxalq birliyə etinasızlıq göstərir. Buna görə beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdikləri qərarların icrası üçün qətiyyətli addımlar, mexanizmlər lazımdır», - deyə dövlət başçısı bu gün Bakıda Dünya Xəbər Agentliklərinin “Xəbər agentlikləri üçün yeni çağırışlar” mövzusunda V Konqresində bəyan edib.
Onun sözlərinə görə, bu addımlar vahid metodlara əsaslanmalıdır.
«Bəzən BMT TŞ-nin qətnamələri bir neçə gün ərzində icra olunur, bizə gəldikdə isə, bu proses 20 ildən çoxdur davam edir ki, bu da Azərbaycana qarşı ikili standartların tətbiq olunduğunu göstərir», - deyə İ.Əliyev vurğulayıb.
«Biz tez-tez eşidirik ki, postsovet məkanında mövcud münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu yanaşma Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı da tətbiq edilməlidir. Bu münaqişə yaxın gələcəkdə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır», - deyə prezident qeyd edib.
O vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir.
«Bakıda Azərbaycan dövləti tərəfindən yenidən qurulmuş erməni kilsəsinə baş çəkə bilərsiniz. İşğal edilmiş ərazilərdə isə Ermənistan tərəfi Azərbaycanın tarixi və mədəni abidələrini məhv edir», - deyə dövlət başçısı diqqətə çatdırıb.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət