Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ – “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun (AÇG) işlənməsi üzrə operator)“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan (AÇG) 2017-ci ilodə neft hasilatı üzrə planlarını hələlik müəyyən etməyib. Bu barədə “BP-Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bu gün jurnalistlərə məlumat verib.
“2015-ci ilin yekunları üzrə AÇG blokundan orta sutkalıq neft hasilatı 634 min barrel təşkil edib. 2016-cı ilin yekunları üzrə bu göstərici bir qədər aşağı və sutkalıq 630 min barel çərçivəsində olacaq. 2017-ci ildə AÇG blokundan neft hasilatı üzrə proqnozlara gəlincə, konkret rəqəm səsləndirə bilmərəm. Hazırda SOCAR ilə iş planı və təsdiq üçün gələn il üçün büdcə layihəsi müzakirə olunur”, - deyə B.Aslanbəyli bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə AÇG blokunda neft hasilatını 2015-2016-cı illərin səviyyəsində saxlamaq “yataqların köhnəlməsi, quyuların sulaşması, qazılacaq quyuların səmərəliliyinin əvvəlkilərlə müqayisədə yüksək olmadığını nəzərə alaraq, kifayət qədər çətin olacaq”.
Vitse-prezident əlavə edib ki, 2017-ci ildə AÇG blokunda platformalarda profilaktik işlərin aparılması planlaşdırılmır. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət