Son 2 il ərzində Avropa İttifaqına üzv-ölkələrdən Aİ ilə Azərbaycan arasında imzalanan readmissiya sazişi əsasında 450-dən artıq miqrant vətənə qayıdıb. Bu barədə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov bəyan edib.
“Son iki il ərzində Aİ ilə imzalanan readmissiya sazişi əsasında 450-dən bir qədər çox vətəndaş vətənə qayıdıb”, - deyə A.Allahverənov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşları əsasən Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qərbi Avropaya miqrasiya edirlər.
“Hər il Azərbaycandan 2,5 minə yaxın şəxs emiqrasiya edir. Lakin, ölkəmizə gələn miqrantlarla müqayisədə, 2008-ci ildən Azərbaycanda miqrasiya statistikasında müsbət saldo müşahidə olunur”, - deyə A.Allahverənov vurğulayıb.
“Rusiya tərəfinin rəsmi məlumatına görə, hazırda Rusiyada 500 minə yaxın Azərbaycan vətəndaşı uçotdadır. Onlar işləyir, təhsil alır və bu ökədə yaşayırlar”, - deyə o qeyd edib.
A.Allahverənovun sözlərinə görə, son zamanlar azərbaycanlıların vətəndaşlıq almaq məqsədilə Almaniyaya emiqrasiya tendensiyası müşahidə olunur.
“Lakin Avropa ölkələrinə gedən şəxslərin yalnız 10%-i qaçqın statusu əldə edir. Yəni, 90%-i mənfi cavab alır. Onlara orada qanunsuz yaşamaq məcburiyyətində qalırlar. Bu barədə məlum ola kimi, onları readmissiya haqqında sazişə uyğun olaraq Azərbaycana göndərirlər”, - deyə A.Allahverənov bildirib. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət