Rəsmi Bakı Türkiyədə vəziyyətin pozulmasına yönələn son hadisələrdən narahatdır. Bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov bəyan edib.
“Son zamanlar Türkiyədə baş verən hadisələr Azərbaycanda böyük narahatlıqla izlənilir, bu hadisələrin Türkiyənin daxili və xarici siyasətindəki stabilliyin pozulmasına yönəldiyi ilə bağlı narahatdır”, - deyə X.Xələfov Azərbaycan-Türkiyə XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi zamanı bildirib. Bu barədə XİN-dən məlumat verilib.
X.Xələfov Türkiyənin xarici işlər nazirinin müavini (müstəşar) Ümit Yalçın ilə görüşdə terrorun bütün forma və təzahürlərini qınadığımız, Azərbaycanın Türkiyəyə daim dəstək verdiyi və onun yanında olduğu bildirildi.
“Türkiyə və türk xalqının bu çətinlikləri tezliklə dəf edəcəyi və tarixin bu sınağından qalibiyyətlə çıxacağına əminəm”, - deyə X.Xələfov vurğulayıb.
Nazir müavinləri Bakı ilə Ankara arasında əlaqələrin bütün sahələrdə yüksələn xətlə inkişafın etdiyini qeyd etdilər.
Tərəflər Türkiyə ilə Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan kimi üçtərəfli formatlarda əməkdaşlıqdan məmnunluq ifadə edildi, bunun regional əməkdaşlığın inkişafına önəmli töhfələr verdiyini bildirdilər.
“Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli istiqamətində birgə səylərin artırılmasına diqqət çəkildi”, - deyə XİN qeyd edir.
Diplomatlar həmçinin Yaxın Şərq problemləri, beynəlxalq terrorizmə qarşı mübarizə, regional münaqişələrin həll edilməsi, qonşuluq siyasəti və qarşılıqlı maraq kəsb edən digər beynəlxalq məsələləri müzakirə ediblər. **
R.Babayev
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət