2017-ci il yanvarın 1-nə Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə Bakıda yaşayan vətəndaşlara verilmiş ipoteka kreditlərinin sayı 13,237 min təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilir.
31 dekabr 2016-cı il tarixinə AİF-in xətti ilə 18,162 min, həmçinin ötən il ərzində 187 ipoteka krediti verilib. Beləliklə, fondun xətti verilən bütün ipoteka kreditlərinin 72,9%-i Bakı şəhərinin payına düşüb.
1 yanvar 2017-ci il tarixinə Abşeron rayonunda (Xırdalan) 1,833, Gəncədə 751, Naxçıvanda 192 ipoteka krediti verilib, qalan kreditlər respublikanın digər şəhərlərinin payına düşüb.
Fondun məlumatına əsasən, yanvarın 1-nə AİF-in agent bankları tərəfindən 704 mln. manat məbləğində kredit, o cümlədən 508 min manat məbləğində kommersiya şərtləri, 196 mln. manat sosial ipoteka krediti təkrar maliyyələşdirilib.
AİF-in statistikasına əsasən, paytaxtda daha çox Xətai (23,6%), Yasamal (16,4%) və Binəqədi rayonlarında (14%) mənzil ipotekaya götürülür. Ən az ipoteka paytaxtın Qaradağ (2,9%), Səbail (3,5%) və Sabunçu rayonlarında (4,2%) mənzillərin alınması üçün verilir.
18-29 yaş arasında olan (bütün ipoteka kreditlərinin 33,5%-i), 30-35 yaş arasında olan (35,7%) və 36 yaşdan yuxarı şəxslər (30,7%) daha çox ipoteka krediti götürür.
Fondun məlumatına görə, verilmiş ipoteka kreditlərinin 91,4%-i çoxmərtəbəli binalarda mənzil alınması, 8,6%-i fərdi evlərin alınması ilə bağlı olub. Bununla yanaşı, ipoteka kreditlərinin 41,2%-i 40-60 kvadratmetr sahəsi olan mənzillərin, 30,8 %-i 60-80 kvadratmetr sahəsi olan mənzillərin, 11,4%-i 80-100 kvadratmetr sahəsi olan mənzillərin, qalanı isə digər sahələrə malik mənzillərin alınması üçün verilib.
Bütövlükdə ipotekaya götürülmüş mənzillərin 49,8%-i 30-60 min manat, 40,5%-i 60-90 min manat, 5,3%-i 90-120 min manat, 2,1%-i 30 min manata qədər, 2,3%-i 120 min manatdan yuxarı məbləğdə olub.
Aktiv şəkildə ipoteka ilə mənzil alanlar ailəli şəxslər (68,2%) və kişilərdir (98%). Borc alanların 53,5%-nin aylıq gəliri 1 min manatı, 24,7%-nin - 750-1000 manatı, 17,2%-nin - 500-700 manatı, 4,7%-nin 500 manata qədərdir.
İpoteka ilə mənzil alanların əksəriyyəti hərbiçilər (22,3%), bank və sığorta şirkətlərinin əməkdaşları (21,8%), energetika sahəsinin əməkdaşlarıdır (12,6%).
2017-ci il yanvarın 1-nə AİF ipoteka kreditlərinin verilməsi məqsədilə dövlət büdcəsindən 316 mln. manat məbləğində vəsait əldə edib. Öz istiqrazlarının yerləşdirilməsi nəticəsində Fond 390 mln. manat cəlb edib.
AİF 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb.
Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 30 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət