25 ildən çox müddət ərzində davam edən Dağlıq Qarabağ münaqişəsi regionun inkişafına əngəl yaradır. AZƏRTAC-ın məlumatına görə, bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Dik Şubel deyib.
Brüsseldə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XIV iclası başa çatıb.
Məlumatda qeyd olunur ki, D.Şubel “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib.
O, Azərbaycanın geostrateji mövqeyi və üzləşdiyi problemlər barədə ətraflı məlumat verib, bu münaqişənin həlli üzrə indiyədək müxtəlif beynəlxalq qurumlar tərəfindən göstərilən cəhdləri xatırladaraq Avropa İttifaqının münaqişənin bu günə qədər davam etməsindən təəssüfləndiyini bildirib. Məruzə ətrafında çıxış edən komitə üzvləri Ermənistanın işğalçılıq siyasətini pisləyib, 1 milyondan çox qaçqın və məcburi köçkünlərin fundamental haqlarının kobud şəkildə pozulduğunu vurğulayıb və mövcud status-kvonun qəbuledilməz olduğunu bəyan ediblər.
“Regional əməkdaşlıq və Azərbaycan üçün çağırışlar” mövzusu ətrafında məruzə ilə çıxış edən Avropa Komissiyasının yüksək səviyyəli rəsmisi Lourens Meredits olduqca mürəkkəb regionda yerləşən Azərbaycanın həm qonşu ölkələrlə, həm də Avropa İttifaqı ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq etdiyini və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün ciddi potensialın mövcud olduğunu diqqətə çatdırıb.
Mövzu ətrafında çıxış edən Milli Məclisin və Avropa Parlamentinin deputatları regional əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması üçün yeganə maneənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olduğunu vurğulayıblar. İclasda iştirak edən Avropa Komissiyasının üzvləri Azərbaycanın Avropa üçün alternativ qaz mənbəyi rolu oynadığını qeyd edib və Azərbaycanın bu üstünlüyünün Aİ ilə Azərbaycan arasında hazırlanmaqda olan strateji əməkdaşlığa dair müqavilədə öz əksini tapacağını təsdiqləyiblər.
Sonda XIV iclas çərçivəsində müzakirə olunmuş məsələlərə dair Yekun Bəyannamə qəbul olunub. Yekun Bəyannamədə hərtərəfli əməkdaşlıq haqqında yeni müqavilənin Aİ və Azərbaycanın strateji maraqlarına uyğun olduğu, Aİ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq sahəsində böyük potensialın mövcudluğu qeyd edilir. Azərbaycanda siyasi vəziyyət, həyata keçirilən iqtisadi və siyasi islahatlar, vətəndaş cəmiyyəti təsisatlarının rolu haqqında Aİ ilə Azərbaycan arasında açıq və konstruktiv dialoqun faydalı olduğu vurğulanır.
Sənəddə, həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tez bir zamanda həllinə nail olunması üçün ATƏT-in Minsk qrupu həmsədrlərinə və digər beynəlxalq təşkilatlara çağırış ifadə olunmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin, qaçqın və məcburi köçkünlərin fundamental haqlarının bərpa olunmasının, BMT TŞ-nin məlum 4 qətnaməsinə və Avropa təsisatlarının müvafiq qərarlarına əməl olunmasının zəruriliyi vurğulanır.
Sənəddə, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistan və Azərbaycan QHT-ləri tərəfindən təsis olunmuş Sülh Platforması ideyası alqışlanır.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət