Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmamazlığı prinsipi əsasında siyasi həllinə sadiqdir. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
"Bunu beynəlxalq hüquq tələb edir və BMT Təhlükəsizlik Şurası, Baş Assambleyanın münaqişəyə dair müvafiq qətnamələrinin birmənalı tələbidir”, - deyə E.Məmmədyarov Nyu-Yorkda “Respublika Günü” və Azərbaycanın BMT-ə üzvlüyünün 25-ci ildönümünə həsr edilmiş qəbulda açılış nitqində bildirib.
Onun sözlərinə görə, Azərbaycan Qarabağ münaqişənin ən qısa müddətdə həllində əsas maraqlı tərəfdir. “Bu regionumuza sülh, sabitlik və inkişaf gətirməyə imkan verəcək”, - deyə o əlavə edib.
Bundan başqa, münaqişənin nizamlanması hazırda ağır şəraitdə yaşayan yüz minlərlə məcbur köçkünlərə öz yurdlarına qayıtmağa şərait yaradacaq.
E.Məmmədyarov əlavə edib ki, Azərbaycan beynəlxalq sülh, təhlükəsizlik və stabilliyin qorunmasında öhdəliklərinə tam sadiqdir və bu istiqamətdə davamlı səylər göstərir. “Azərbaycan Cənubi Qafqazda və ondan kənarda uzunmüddətli sülhün yaradılmasına töhfə verməyi davam etdirəcək”, - deyə nazir qeyd edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət