Azərbaycan və Rusiya 6 Azərbaycan müəssisəsinin istehsal etdiyi məhsulların maneəsiz olaraq RF-yə ixrac edilməsi ilə bağlı razılığa gəlib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində yaradılmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə İşçi Qrup tərəfindən Azərbaycanda istehsal olunan ət və süd məhsullarının Rusiyaya ixracının genişləndirilməsi məsələsi müzakirə olunur.
“Müzakirələrin yekunları üzrə Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin qərarı ilə daha 6 Azərbaycan müəssisəsi Xidmət tərəfindən aparılan reyestrə daxil edilib və həmin müəssisələrə istehsal etdikləri məhsulların maneəsiz olaraq Rusiya Federasiyasına ixrac edilməsinə icazə verilib”, - deyə məlumatda bildirilir.
Beləliklə, indiyədək görülmüş tədbirlər nəticəsində sözügedən reyestrə daxil edilmiş müəssisələrin ümumi sayı 20-yə çatıb.
Digər Azərbaycan müəssisələrinin də reyestrə daxil edilməsi istiqamətində tədbirlər davam etdirilir.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət