Azərbaycan 2017-ci ilin I yarısında $14 mln. 945,48 min dəyərində 22 min 667,57 ton «Premium Euro-95» markalı avtomobil benzini idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
«2017-ci ilin yanvar-iyun aylarında Azərbaycana 22 min 667,57 ton «Premium Euro-95» markalı avtomobil benzini idxal olunub. 2016-cı ilin I yarısında isə respublikaya $8 mln. 526,4 min məbləğində 15 min 244,39 ton benzin idxal olunub. Bununla da bu ilin yanvar-iyun aylarında AI-95 markalı benzinin Azərbaycana idxal həcmi miqdar ifadəsində 48,7%, dəyər ifadəsində 1,7 dəfə artıb», - deyə məlumatda bildirilir.
Sözügedən məhsul Azərbaycana Bolqarıstan və Rumıniyadan gətirilib.
Bundan başqa, hesabat dövründə ölkəyə $539,53 min dəyərində 816,43 ton «Super Euro-98» markalı benzin idxal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə artım miqdar ifadəsində 2,7 dəfə, dəyər ifadəsində 3,1 dəfə təşkil edib.
Bu məhsul Azərbaycana Rusiya və Belarusdan gətirilib.
2016-cı ildə respublikaya 44 min 231,38 ton «Premium Euro-95» və 635,17 ton «Super Euro-98» markalı benzin idxal olunub.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət