Sumqayıt Texnoloji Parkı(STP)Rusiya şirkətləri ilə tərəfdaşlıqda maraqlıdır. Bunu STP-nin baş direktorunun birinci müavini Kamran Abbasov deyib.
Cümə axşamı Sravropolda keçirilən VIII Rusiya-Azərbaycan Regionlararası Forum çərçivəsində tematik dəyirmi masada K.Abbasov həmçinin qeyd edib ki, hazırda STP-nin ərazisində 17 müxtəlif profilli zavod fəaliyət göstərir.
“Zavodlarımız ən yaxşı avadanlıqla təchiz olunub və Rusiyaya məhsul tədarükünə hazırdır. STP-də regionda yeganə kabel istehsalı zavodu fəaliyyət göstərir”, - Rusiya mətbuatı K.Abbasovun sözlərindən sitat gətirir.
Onun sözlərinə görə, tərəflər artıq zavodun polimer məhsullarının Rusiyaya tədarükünə dair danışıqlar aparırlar. Bundan əlavə, K.Abbasov qeyd edib ki, Parkın ərazisində müxtəlif təyinatlı 6 laboratoriya fəaliyyət göstərir.
“Park müdafiə sənayesi layihələrinin icrasına hazırdır. Rusiya ərazisində bu işin genişləndirilməsinə hazırıq və buna dair planlarımız var”, - o vurğulayıb.
Azərbacan Müdafiə Sənayesi Nazirliyi də Rusiya şirkətləri ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.
Rusiya Klaster və Texnoparklar Assosiasiyasının direktoru Andrey Şpilenko öz növbəsində bildirib ki, Rusiya sənaye sektorunda Azərbaycanla əməkdaşlığa və təcrübə mübadiləsinə hazırdır. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət