Dağlıq Qarabağ münqaişəsində status-kvo dəyişməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bunu prezident İlham Əliyev deyib.
"Beynəlxalq hüquqa hörmət, suverenlik, ərazi bütövlüyü regional sabitlik üçün vacib şərtlərdir", - deyə o, bu gün Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında çıxışı zamanı bildirib.
Konfransda “Asiyanın Qəlbi” - İstanbul Prosesini dəstəkləyən ölkələr və beynəlxalq təşkilatlar iştirak edir.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan ərazilərinin 20%-i Ermənistanın işğalı altındadır. Ermənistan bu ərazilərdə vandalizm aktları törədib.
“ATƏT-in hesabatlarına əsasən bu torpaqlarda vandalizm aktları törədilib. Bizim şəhərlərimiz, kəndlərimiz, tikililərimiz, məzarlıqlarımız və məscidlərimiz ermənilər tərəfindən dağıdılıb. Status-kvo dəyişməlidir. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır”, - deyə İ.Əliyev qeyd edib.
O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq beynəlxalq hüquq əsasında həll olunmalıdır.
Prezident əlavə edib ki, Ermənistanın hərbi təcavüzü Azərbaycanın təhlükəsizliyinə çağırışdır. "Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk andan etibarən onun təhlükəsizliyi Ermənistanın hərbi təcavüzü nəticəsində çağırışla üzləşib", - deyə İ.Əliyev bildirib.
Dövlət başçısının sözlərinə görə, ərazisinin 20%-nin işğalından, yüz minlərlə vətəndaşının məcburi köçürülməsindən uzun müddətdir əziyyət çəkən ölkə kimi Azərbaycan sülh, təhlükəsizlik və sabitliyin dəyərini tam mənadə dərk edir.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət