Prezident İlham Əliyev təəssüf edir ki, beynəlxalq təşkilatlar Azərbaycan ərazilərini işğal etmiş Ermənistana qarşı sanksiyalar tətbiq etmir.
“Dağlıq Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır. Bu ərazi və daha 7 rayon Ermənistan tərəfindən işğal olunub. Təəssüf ki, Ermənistan tərəfindən beynəlxalq hüququn kobud şəkildə pozulması cəzasız qalıb və ona qarşı sanksiyalar tətbiq olunmur”, - deyə o, bu gün Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında bildirib.
Prezident qeyd edib ki, əgər münaqişənin əvvəlində Ermənistana qarşı sanksiyalar tətbiq olunsaydı, münaqişə çoxdan öz həllini tapmışdı.
İ.Əliyevin sözlərinə görə, Ermənistan-Azərbaycan münaqisəsi nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, etnik təmizləmə aparılıb. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törədib. Dünyanın 10 ölkəsi bu soyqırımı tanıyıb. “Bizbütün ölkələri bu məsələ ilə bağlı mövqelərini bildirməyə çağırırıq”, - deyə dövlət başçısı vurğulayıb.
O əlavə edib ki, aparıcı beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr indiyə qədər yerinə yetirilməyib. “Biz münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıyıq. İşğala son qoulmalıdır, yalnız bundan sonra regionda sülh ola bilər”, - deyə İ.Əliyev bildirib.
Prezident vurğulayıb ki, ksenofobiya siyasəti yürüdən Ermənistan monoetnik dövlətdir. “Ermənistandan fərqli olaraq Azərbaycan multikulturalizm mərkəzidir. Biz dialoqu təbliğ edirik”, - deyə dövlət başçısı qeyd edib.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət