Rosselxoznadzor Türkiyə istehsalı olan pomidorların Ermənistan tərəfindən təkrar ixracından şübhələnir və aprelin 11-dən etibarən Ermənistan müəssisələrində yoxlamalara başlayacaq.
Xidmətin məlumatına görə, hazırda Ermənistanda Türkiyə mənşəli pomidorların respublika ərazisində istehsal olunmuş pomidorlar kimi tədarükü üçün əlverişli şərait yaranıb. Pomidorlar Rusiya bazarına iki ixracatçı ("Spayka" MMC и "Qrinprodukt" MMC) tərəfindən tədarük olunur.
Son 6 gündə bu şirkətlər tərəfindən ölkəyə 2 min tona yaxın pomidor ixrac edilib. "İstehsal həcminin və tədarükün intensivliyinin artması Türkiyə istehsalı olan pomidorların Ermənistan tərəfindən təkrar ixracı ilə bağlı şübhələr yaradır", - deyə Ermənistan Kənd Təsərrüfatı Nazirliyinin Qida Məhsullarının Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini Yeqişe Marqaryanla danışıqların yekunlarına dair məlumatda bildirilir.
Bununla əlaqədar Rosselxoznadzor Ermənistandan pomidor istehsalçıları, 2018-ci ildə istehsalın həcmi və istehsal yerləri barədə məlumat tələb edib.
Y.Marqaryan deyib ki, tələb olunan məlumat aprelin 10-da təqdim ediləcək. Tərəflər, həmçinin aprelin 11-dən etibarən Ermənistanın pomidor yetişdirmə təsərrüfatlarında yoxlamaların aparılması ilə bağlı razılığa gəliblər.
Bundan başqa, Rosselxoznadzor Ermənistan tərəfinə fitosanitar sertifikatlarının həqiqiliyini təsdiq etməyi də təklif edib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət