2012-2017-ci illərdə Azərbaycan Serbiya və Makedoniya arasında arasında “11-ci Dəhliz” magistralının Liq-Prelina hissənin tikintisi üçün kredit çərçivəsində Serbiyaya 299 mln. 951,2 min avro vəsait ayırıb.
“2012-ci ildə Azərbaycan Serbiyaya 61,6 mln. avro, 2013-cü ildə - 32,777 mln. avro, 2014-cü ildə - 58 mln. 694,1 min avro, 2015-ci ildə - 65,451 mln. avro, 2016-cı il də - 60 mln. 436,2 min avro və 2017-ci ildə - 20 mln. 993,2 min avro ayırıb”, - Hesabala Palatasının illik hesabatında qeyd olunur.
2017-ci ilin sonuna ayrılan vəsaitdən 48 mln. 841,95 min avro sərf olunmayıb.
2015-2017-ci illərdə Serbiya tərəfi kredit üzrə ödəniş çərçivəsində Azərbaycana 40 mln. 857,3 min avro ödəyib. 1 oktyabr 2017-ci il tarixinə kredit üzrə qalıq 259 mln. 93,9 min avro təşkil edir.
Öncə bildirilib ki, 2018-ci ildə Azərbaycan Serbiyaya ayrılan kredit üzrə 66 mln. 265 min manat (təxminən 33 mln. avro - İF) əldə etməyi nəzərdə tutur. Bu vəsait 2018-ci il üşün Azərbaycan dövlət büdcəsinin gəlirlər hissəsində qeyd olunur.
Xəbər verildiyi kimi, 2 fevral 2012-ci il tarixində Azərbaycan və Serbiya arasında saziş imzalanıb. Həmin sazişə əsasən, Azərbaycan tərəfi Serbiya və Makedoniya arasında “11-ci Dəhliz” Liq-Prelina avtomobil yolunun bir hissəsinin tikintisinə 300 mln. avro həcmində kredit ayırıb. Kredit ilk 3 ili güzəşt dövrü olmaqla 15 il müddətinə, illik 4%-lə verilib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət