“Şahdəniz” konsorsiumu 2020-ci ildən etibarən “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində Azərbaycan qazının Bolqarıstana tədarükünə başlamağa hazırdır. Bu barədə Bolqarıstanın Energetika Nazirliyinin məlumatında deyilir.
Bolqarıstanın energetika naziri Temenujka Petkova ötən həftə “Şahdəniz” konsorsiumunun nümayəndələri ilə Azərbaycan qazının bu ölkəyə tədarükü məsələsini və Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin tikintisi layihəsinin gedişini müzakirə edib.
"Konsorsiumun nümayəndələri T.Petkovaya məlumat veriblər ki, “Mərhələ-2” çərçivəsində təbii qaz hasilatı istiqamətində işlər sürətlənib. Bununla əlaqədar Bolqarıstan Azərbaycandan ilk qazı 2020-ci ildə ala biləcək", - deyə məlumatda vurğulanır.
Bundan başqa, görüşdə Bolqarıstanın regionda enerji təhlükəsizliyi sahəsində fəaliyyətinin Azərbaycan tərəfindən dəstəkləndiyi qeyd olunub.
T.Petkova bildirib ki, hazırda Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisi layihəsi üzrə boru tədarükçüsünün, layihələndirmə və tikinti üzrə podratçının, eləcə də məsləhətçi mühəndisin seçimi prosesi gedir. Qaz kəmərinin 2020-ci ildə istismara verilməsi planlaşdırılır.
"Son aylar ərzində layihə üzərində işlər intensivləşib və qeyd edim ki, hökumət Yunanıstan-Bolqarıstan interkonnektorunu dəstəkləyir. Biz bütün tədbirləri qrafik üzrə həyata keçirmək niyyətindəyik", - deyə T.Petkova əlavə edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət