Qarşıdakı 20 il ərzində Azərbaycan təbii (əmtəə) qaz istehsalını 3 dəfə - 55 mlrd. kubmetrədək artıracaq. Bunu Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Biroldeyib.
“Proqnozlarımıza əsasən, Azərbaycanda 20 il ərzində qaz (əmtəə - İF) istehsalı 3 dəfə - hazırki 18 mlrd. kubmetrdən 55 mlrd. kubmetrə qədər artacaq”, - F.Birol bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, “bu, həm ixracatçı ölkə kimi Azərbaycan, həm də idxalçı ölkələr üçün yaxşıdır, çünki respublika siyasəti energetika ilə qatmır”.
F.Birol əlavə edib ki, Azərbaycan regionda və Avropada energetika bazarında vacib oyunçudur. “TANAP və TAP qaz kəmələrinin tikinti layihələri çox mühümdürvə qaz tədarükünün şaxələndirilməsinə töhfə verirlər. Bəzi ölkələrdə layihə ilə bağlı (TAP - İF) bəzi məsələlərin olmasına baxmayaraq, əminəm ki, bu layihə reallaşdırılacaq”, - Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru əlavə edib.
2017-ci ildə Azərbaycanda qaz istehsalının ümumi həcmi 28 mlrd. 563,5 mln. kubmetr qaz təşkil edib (azalma 2,6%). Bunun 18 mlrd. 157,9 mln. kubmetri əmtəə qazının payına düşüb (azalma 3%). **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət