2018-ci ilin yanvar-iyul aylarında Azərbaycana 598,4 min ton buğda idxal edilib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 17,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri $106 mln. 45,9 min (artım 10,4%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $43 mln. 255,3 min dəyərində (azalma 56,4%) 116,3 min ton şəkər xammalı və şəkər (azalma 45,2%), $73 mln. 687,2 min dəyərində (artım 32,9%) 85,855 min ton bitki yağı (artım 41,7%), $29 mln. 118,9 min dəyərində (artım 7%) 7,494 min ton çay (artım 6,3%), $42 mln. 987,7 min dəyərində (artım 6,5%) 7,304 min ton kərə yağı və süd (azalma 21,7%) idxal edilib.
Yanvar-iyul aylarında respublikaya $14 mln. 89,7 min dəyərində (azalma 12,7%)4,621 min ton (azalma 21%) iribuynuzlu heyvan əti, $19 mln. 928 min dəyərində (azalma 0,7%) 1,97 min ton (artım 3,7%) quş əti və ondan hazırlanan məmulatlar idxal olunub.
Yanvar-iyul aylarında respublikaya $59 mln. 801,4 min dəyərində (artım 47,3%) 67,425 min ton meyvə (artım 47,5%), $6 mln. 276,5 min dəyərində (azalma 37,1%) 11,577 min ton tərəvəz (azalma 46,7%), $20 mln. 446 min dəyərində (azalma 9%) 80,48 min ton kartof (azalma 23,2%) idxal edilib.
Hesabat dövründə ölkədən $155 mln. 508,2 min dəyərində (artım 7,9%) 166,6 min ton tərəvəz (azalma 1,5%), $115 mln. 861 min dəyərində (artım 39,5%) 89,178 min ton meyvə (artım 48%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $14 mln. 867,7 min dəyərində (azalma 50,5%) 25,461 min ton şəkər (azalma 44,7%), $5 mln. 406,3 min dəyərində (azalma 7,3%) 6,638 min ton bitki yağı (artım 23,6%) ixrac edilib.
Həmçinin yanvar-iyul aylarında Azərbaycan $5 mln. 772,1 min (аrtım 2,7%) dəyərində 4,533 min ton meyvə və tərəvəz şirələri (azalma 14,2%), $4 mln. 559,1 min (аrtım 43,6%) dəyərində 373 min dekalitr təbii üzüm şərabları və üzüm şirəsi (artım 2 dəfə), $4 mln. 76,1 min (аrtım 85,4%) dəyərində 3,385 min ton meyvə və tərəvəz konservləri (artım 23,5%) ixrac edib.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət