2019-cu ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 15 mlrd. 579 mln. manat, mənfəət nefti və qazının satışından isə 13 mlrd. 218 mln. manat (təxminən $7,8 mlrd.) gəlir əldə edəcək. Bunu fondun icraçı direktoru Şahmar Mövsümov deyib.
«Gələn il ARDNF-in gəlirləri 15 mlrd. 579 mln. manat təşkil edəcək. 2017-ci illə müqayisədə fondun gəlirləri 28,4%, 2018-ci illə müqayisədə 1,8% artacaq», - deyə o, bu gün parlament komitələri tərəfindən 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
İcraçı direktorun sözlərinə görə, gələn il əsas gəlir mənfəət nefti və qazının satışından əldə olunacaq. «2019-cu ildə fondun mənfəət nefti və qazının satışından 13 mlrd. 218 mln. manat gəlir əldə edəcəyi gözlənilir», - deyə Ş.Mövsümov əlavə edib.
Bu gəlirlər neftin bir barelinin orta qiymətli 60 dollardan götürülməklə hesablanıb.
Xəbər verildiyi kimi, cari il üçün ARDNF-in gəlirləri 15 mlrd. 310 mln. 823,9 min manat, xərcləri - 11 mlrd. 480 mln. 221,8 min manat məbləğində proqnozlaşdırılır.
Fondun gəlirlərinin strukturunda 2018-ci ildə Azərbaycanın mənfəət nefti və qazının satışından daxilolmalar 13 mlrd. 307 mln. 411 min manat və ya ARDNF-in cari il üçün bütün gəlirlərinin 86,9%-ni təşkil edəcək.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət