Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Minsk Qrupu həmsədrlərinin təşviq etdiyi humanitar fəaliyyətə məhəl qoymur. Bunu jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.
.N.Paşinyan ötən gün jurnalistlərlə görüşdə erməni əsirliyində saxlanılan iki azərbaycanlı mülki şəxsin Azərbaycana qaytarılmasına qarşı çıxdığını bildirib.
«Ermənistanın baş naziri vəzifəsini icra edən Paşinyanın bu bəyanatı onun sivil davranışlardan tamamilə uzaq, sözdə sülh və barışıqdan bəhs edən, əməli olaraq isə ümumbəşəri humanizm prinsiplərini rədd edən biri olduğunu açıq şəkildə nümayiş etdirir», - deyə L.Abdullayeva bildirib.
Onun sözlərinə görə, bu bəyanat Paşinyanın sələfi Serj Sarkisyandan qətiyyən fərqlənmədiyini göstərir.
«Beynəlxalq humanitar hüquqda münaqişə tərəflərinin razılığı əsasında əsir və girovların dəyişdirilməsi məsələsi öz əksini tapır və beynəlxalq təcrübədə bu kimi mübadilədən geniş istifadə olunur. Azərbaycan beynəlxalq hüququn müvafiq konvensiyaları, eləcə də humanizm prinsiplərindən çıxış edərək hər iki tərəfdə saxlanılan girovların dəyişdirilməsi təklifi ilə çıxış etdiyi halda, Paşinyan səsləndirdiyi bəyanatı ilə əslində ölkəsinin üzvü olduğu Cenevrə Konvensiyaları və onun əlavə protokollarına zidd olaraq beynəlxalq öhdəliklərini kobudcasına pozduğunu etiraf etdi. Bu addım, həmçinin onun ATƏT-in Minsk qrupunun həmsədrlərinin hər zaman təşviq etdiyi humanitar fəaliyyətə məhəl qoymadığını göstərdi», - deyə XİN rəsmisi vurğulayıb.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət