2023-cü ilədək Dövlət Neft Fondunun (ARDNF) aktivləri bir barel neftin qiymətinin $60 səviyyəsində qalacağı halda $50,8 mlrd.-a çatacaq. Bu barədə Fondun icraçı direktorunun müşaviri Nərgiz Nəsrullayeva-Müdüroğlu bəyan edib.
“ARDNF-nin ortamüddətli və uzunmüddətli gəlirləri üzrə proqnozlarımız bir barel neftin $60 məbləğində orta qiymətinə əsaslanıb. Cari proqnozlarımıza əsasən, 2022-ci ilin sonuna ARDNF-nin aktivləri $50,8 mlrd.-a çatacaq”, - N.Nəsrullayeva-Müdüroğlu «Azeri Observer» jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2015-2016-ci illərdə ARDNF-nin aktivlərinin azalması müşahidə edilib, bu da dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşması ilə əlaqədar olub.
“Lakin dövlət büdcə xərclərinin uğurlu optimallaşması ilə bərabər neftin qiymətinin artımı 2017-ci ildən etibarən Fondun aktivlərinin sürətli bərpasına imkan yaradıb. Hazırda aktivlər $38,9 mlrd. məbləğində rekord səviyyədədir”, - N.Nəsrullayeva-Müdüroğlu əlavə edib.
ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır. **
A.Əzizov
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət