31 oktyabr 2018-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 29 mlrd. 690,2 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Xəbər verildiyi kimi, 1 yanvar 2018-ci il tarixinə bankların aktivləri 27 mlrd. 921 mln. manat məbləğində olub. Beləliklə, 2018-ci ilin yanvar-oktyabr aylarında bankların aktivləri 6,3% artıb.
Oktyabrın 31-nə bankların kredit portfeli 11 mlrd. 889,2 mln. manat (bu ilin yanvar-oktyabr artım 4,9% - İF) təşkil edir.
Qeyd olunan tarixə Azərbaycanda bankların ümumi kapitallaşması 4 mlrd. 172 mln. manat (artım 12,5%) təşkil edir.
2018-ci ilin noyabr ayının əvvəlinə bankların öhdəlikləri 25 mlrd. 518,2 mln. manata (artım 5,4%), Mərkəzi Bank qarşısında öhdəlikləri 394,6 mln. manata (azalma 22,3%) bərabərdir.
31 oktyabr 2018-ci il tarixinə respublikada 30 bank fəaliyyət göstərir. Bu bankların 15-i xarici kapitallıdır.
Oktyabr ayının sonuna bankların 508 filialı və 140 şöbəsi var.
Azərbaycanın bank sektorunda 17 min 211 nəfər (10 ay ərzində artım 6,4%) çalışır. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət