Rusiya Azərbaycanın turizm sektoru üçün əsas bazardır. Bunu Azərbaycan Turizm Bürosunun (ATB) baş icraçı direktoru Florian Zenqstşmid deyib.
"Rusiya bizim üçün şübhəsiz ki, əsas bazardır. Bununla yanaşı, biz digər bazarlara da yönəlmişik: artıq Frankfurt, Dehli, Dubay, Ər-Riyad və Pekində nümayəndəliklərimiz açılıb. Lakin vurğulayıram ki, Rusiya prioritet olaraq qalır. Axı Rusiyadan Azərbaycana turist axını daha çoxdur. Bəli, digər ölkələrdən də gələn turistlərin sayı artmaqdadır, lakin Rusiyadan olan turistlər qədər deyil. Məsələn, 2018-ci ildə Hindistandan bizə 40 min (artım 185%), Rusiyadan 880 min turist (2017-ci illə müqayisədə artım 4-5%) gəlib. Rəqəmlər müqayisəolunmazdır", - deyə F. Zenqstşmid travel.vesti.ru saytına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ərəb turistlər əsasən Bakıya gedərkən, ruslar mədəniyyət, sağlamlıqla bağlı istiqamətlərlə də maraqlanırlar.
"Rusiyalı turistlər Azərbaycan haqqında daha çox bilirlər və buna görə də onların maraq dairələri daha genişdir. Respublikanın istənilən bölgəsində ruslara rast gəlmək olar, lakin bunu digər ölkələrdən olan qonaqlar haqqında söyləmək olmaz. Əsas hədəf auditoriyamızdan biri son illərdə Qafqaz dağlarında alpinizm və piyada turizmə böyük maraq göstərən gənclərdir. Bir çox səyahət agentlikləri artıq Qafqaz dağlarına bu cür səfərlər təklif edir və bu səfərlərdə əsasən ruslar iştirak edirlər", - deyə BTA rəhbəri vurğulayıb.
F.Zenqstşmid qeyd edib ki, BTA-nın Rusiyada çoxlu tərəfdaşı var. "Və onların hamısı məlumatlarımızdan bərabər şərtlərdə istifadə edir. Bundan əlavə, marketinq vəzifələrimizə kommersiya aspekti daxil deyil: biz kontent, infrastruktur, milli kolorit formalaşdırır və bütün bu məlumatları təqdim edirik. Bundan sonrası turizm sənayesində çalışan peşəkarların işidir”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan öz təşviq siyasətində, ilk növbədə, Rusiyanın regionlarına yönəlmək niyyətindədir: reklam kampaniyaları, road-şoular, təqdimatlar təşkil olunacaq. "Bu, perspektivlidir. Məsələn, Rusiyanın cənubunda yerləşən bir çox şəhər Azərbaycana yaxındır - məsələn, buradan həftə sonu turları təşkil etmək olardı”, - deyə baş icraçı direktor bildirib.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət