Avropa Xarici Siyasət Xidmətinin (EBC) rəsmi nümayəndəsi xüsusi bəyanatında prezident İlham Əliyevin Novruz bayramı münasibətilə martın 16-da 400 nəfərdən çox şəxsin əfv olunması haqqında sərəncam imzalamasından məmnunluq ifadə edib.
“Əfv olunanlar arasında siyasi partiyalar və qeyri-hökumət təşkilatlarının nümayəndələri, bloger və jurnalistlər də var ki, bu da çoxdan gözlənilən addım idi”, - deyə bu gün Brüsseldə yayılmış kommünikedə qeyd olunur.
Sənəddə Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq analoji addımların gələcəkdə də atılacağına ümid ifadə olunur.
“Aİ münasibətlərimizin ən vacib elementi olan insan hüquqları sahəsində də əməkdaşlığın aktivləşdirilməsi məqsədilə Azərbaycanla əlaqələri davam etdirəcək”, - deyə ЕВС-də vurğulayıblar.
Qeyd edək ki, prezident İlham Əliyev martın 16-da 400 nəfərdən çox şəxsi əfv edib. Onların arasında müxalifətçilər və 14 əcnəbi də var.
Sərəncama əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 12 nəfər cərimə cəzasından azad edilib, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 3 nəfərdən birinin cəzası 25, 2 nəfərinki isə 20 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib.
Əfv olunanlar arasında sabiq səhiyyə naziri Əli İnsanov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin qaynı Eynur Seyidov, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı, NİDA Vətəndaş Hərəkatının üzvləri İlkin Rüstəmzadə, Qiyas İbrahimov və Bayram Məmmədov, müsavatçı Əlikram Xurşidov, AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun qardaşı Murad Ədilov, “Jam.az” saytının baş redaktoru Fikrət Fəraməzoğlu, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov və başqaları da var.
Sərəncam, həmçinin 14 əcnəbiyə də şamil olunub. Onlardan 3-ü Gürcüstan, 2-si Rusiya və Nigeriya, hər biri 1 nəfər olmaqla Türkiyə, İran, Özbəkistan, Çin, Kamerun, Hindistan və Belarus vətəndaşlarıdır.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət