“Sberbank CIB Investment Research”in analitikləri 2019-cu ildə Azərbaycanda ÜDM-in artım proqnozunu 3,4%-dək yaxşılaşdırıblarş Öncə “Sberbank CIB Investment Research” 2019-cu ildə Azərbaycanda ÜDM-in artım tempini 3,2%-dək proqnozlaşdırıblar.
“Bu il Azərbaycanda iqtisai artım daha da sürətlənməlidir, biz ilin yekunları üzrə ÜDM-in 3,4%-dək artacağını gözləyirik”, - analitiklər “Bugünkü borc bazarları” adlı analitik icmalda qeyd edirlər.
Bundan başqa, analitiklər AMB tərəfindən gələcəkdə uçot dərəcəsəinin azalması potensialının mövcudluğunu qeyd edirlər.
“Martın 15-də AMB yenidən pul-kredit siyasətinin yüngülləşdirilməsi xeyrinə seçim edərək, uçot dərəcəsini 25 baza punktu azaldaraq 9%-ə çatdırıb. İnflyasiya hədəf 4%-dən az və proqnoz diapazonun aşağı həddinə yaxın (2-6%) olması səbəbindən biz cari il dərəcənin gələcəkdə azalması üçün potensial görürük, baxmayaraq ki, daxili tələbatın artımı inflyasiyanın sürətlənməsinə gətirəcək ”, - icmalda vurğulanır.
“Sberbank CIB Investment Research”də hesab edirlər ki, AMB milli valyutanın mübadilə məzənnəsinin kəskin idarə olunması taktikasını dəstəkləməkdə davam edir.
“İnflyasiya hədəf səviyyədən aşağı səviyyədə qalmaqdadır və proqnoz diapazonun aşağı həddinə yaxındır (fevralda İstehlak qiymətlərinin indeksinin illik artımı 2,1% təşkil edib – İF). Yəni, real uçot dərəcəsi hələlik kifayət qədər yüksək olaraq qalır, 6%-ə yaxın səviyyədə, demək, tənzimləyicinin hələ ki, pul-kredit siyasətinin gələcəkdə yüngülləşdirilməsi imkanları qalmaqdadır. Əgər bu il Brent markalı neftin bir barrelinin orta qiyməti $60-70 səviyyəsində qalarsa, biz dərəcənin daha 75-100 baza punktu azalmasını gözləyərdik”, - icmalda qeyd edilir.
“Cari makroiqtisadi vəziyyətdə uçot dərəcəsinin azaldılması onunla izah edilir ki, real faiz dərəcələri müsbət zonada qalır, bu da xarici və daxili inflyasiya risklərinin neytrallaşmasına xidmət edir. Gələcəkdə pul siyasətinin reaksiyası inflyasiyanın dinamikası və ona təsir edən risklərin balansının qiymətləndirilməsindən asılı olacaq”, - AMB-nin martın 15-də uçot dərəcəsinin 9%-ək azaldılmasına dair məlumatda qeyd edilirdi.
Məlumatda vurğulanır ki, uçot dərəcəsi ilə bağlı məsələnin müzakirə olunacağı AMB-nin növbıti iclası aprelin 26-da baş tutacaq.
Azərbaycan hökuməti 2019-cu ildə ÜDM-in 3,6% səviyyəsində artımını proqnozlaşdırır. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət