Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlığa dair yeni saziş bu il mayın 13-də imzalanmayacaq. Çünki Bakı ilə Brüssel arasında bu sənədlə bağlı danışıqlar hələ ki, başa çatmayıb. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.
“Azərbaycanla Aİ arasında sazişin bilavasitə may ayının 13-də imzalanması nəzərdə tutulmayıb, çünki Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək saziş üzrə danışıqlar hələ ki, davam etdirilir", - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Qeyd edək ki, Milli Məclisin sədri Oqtay Əsədov bu gün bildirib ki, Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair yeni saziş mayın 13-də imzalanacaq.
Onun sözlərinə görə, saziş layihəsində Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması faktı yer alıb.
"Bu, çox vacib məsələdir, biz onun üzərində uzun müddət işləmişik və Azərbaycanın ərazi bütövlüyünə dair bəndlərin bu sazişə daxil edilməsinə nail olmuşuq", - deyə parlamentin sədri bildirib.
Xəbər verildiyi kimi, Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində Azərbaycanla saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.
Yeni sazişlə bağlı danışıqlara 2017-ci il fevralın 7-də başlanılıb.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət