Cümə günü Bakı Fond Birjası Qara Dəniz Ticarət və İnkişaf Bankının istiqrazlarının əsas bazar seqmentində listinqə qəbul olunmasına dair qərar qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan”a BFB-dən məlumat verilir.
Emissiya 10 min ədəd istiqrazdan ibarətdir, hər birinin nominal dəyəri 1 min manat təşkil edir.
İstiqrazlar 730 gün müddətində dövriyyədə olacaq. Onların illik gəlirliliyi 9,25% təşkil edəcək. Faiz ödənişləri 3 aydan bir həyata keçiriləcək.
İyulun ortalarında Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) ümumilikdə 50 mln. manat ($29,4 mln.) məbləğində istiqraz buraxdığını elan edib. İyulun 16-da Maliyyə Bazarlarına Nəzarət Palatası bankın 10 mln. manatlıq istiqraz emissiyasını dövlət qeydiyyatına alıb.
Qara Dəniz Ticarət və İnkişaf Bankı 1997-ci ilin yanvar ayında Qara dəniz hövzəsi ölkələrinin iqtisadiyyatının inkişafına dəstək göstərilməsi və regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb. Onun təsisçiləri və səhmdarları 11 ölkənin – Rusiya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Rumıniya, Albaniya, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan hökumətləridir. Bankın kapitalında Azərbaycanın payı 5%-dir. 2018-ci ilin sonuna bankın Azərbaycandakı layihələr üzrə cari portfeli 53,867 mln. avro həcmində qiymətləndirilir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət