Energetika Nazirliyi 2021-ci ildə “Şahdəniz” yatağından qaz hasilatını 23 mlrd. kubmetrə qədər artımını proqnozlaşdırır. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
“Proqnozlara əsasən, 2019-cu ildə “Şahdəniz” yatağından təbii qaz hasilatı 2018-ci ilin göstəricisi ilə müqayisədə 6 mlrd. kubmetr, 2020-ci ildə - 8,5 mlrd. kubmetr, 2021-ci ildə isə - 12 mlrd. kubmetr artaraq 23 mlrd. kubmetrə çatacaq”, - Şahbazov bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2019-cu ilin yanvar-avqust ayları ərzində “Şahdəniz” yatağından 10,9 mlrd. kubmetr qaz və 2,3 mln. kubmetr kondensat hasil olunub. Eyni zamanda, hesabat dövründə bu yataqdan Türkiyəyə qaz ixracı 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 33,8% - 5,7 mlrd. kubmetrədək artıb.
“İşlənməsinə başlandığı 2006-cı ilin dekabr ayından bütün dövr ərzində “Şahdəniz” yatağından 110,8 mlrd. kubmetr qaz və 26,8 mln. kubmetr kondensat hasil olunub. Həmçinin, 73,7 mlrd. kubmetr qaz ixraca yönəldilib”, - nazir əlavə edib.
Öncə Energetika Nazirliyi məlumat verib ki, “Şahdəniz” yatağından 17 mlrd. 380 mln. kubmetr səviyyəsində hasilat proqnozlaşdırılır. 2018-ci ildə “BP-Azerbaijan” şirkəti “Şahdəniz” yatağından 11,5 mlrd. kubmetr qaz (2017-ci ilin göstəricisi ilə müqayisədə artım 12,7%) hasil olunub.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı «Alfa» və «Bravo» platformalarından həyata keçirilir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət