Energetika Nazirliyi 2020-2021-ci illərdə Azərbaycanda qaz hasilatının 45 mlrd. kubmetrədək artacağını proqnozlaşdırır. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
“2019-cu ilin yekunları üzrə ölkədə qaz hasilatının 19% və ya 5,8 mlrd. kubmetrədək (2018-ci ildə 30 mlrd. 592,2 mln. kubmetr), qaz ixracının 25% artacağı proqnozlaşdırılır. 2020-ci ildə qaz hasilatı 40,2 mlrd. kubmetr, 2021-ci ildə 45 mlrd. kubmetr həcmndə proqnozlaşdırılır”, - deyə o, bu gün mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, Energetika Nazirliyi, həmçinin 2019-2020-ci illərdə daxili qaz istehlakının həcminin 2018-ci ilin göstəricisi (12,6 mlrd. kubmetr) ilə müqayisədə ildə 14 mlrd. kubmetrədək artacağını (artım 11,1% - İF) gözləyir.
“2019-2023-cü illərdə “Abşeron” qaz-kondensat yatağının, “Şəfəq-Asiman”, “Babək” perspektiv strukturunun, eləcə də “Ümid” və “Qarabağ” yataqlarının işlənməsi layihələrinin həyata keçirilməsi gələcəkdə ölkə iqtisadiyyatının fasiləsiz və keyfiyyətli qaz təchizatını təmin edəcək”, - deyə o vurğulayıb.
P.Şahbazov qeyd edib ki, 8 ay ərzində Azərbaycanda qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,8% - 23,1 mlrd. kubmetrə qədər, qaz ixracının həcmi isə 26,3% - 7,2 mlrd. kubmetrə qədər artıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət