"Xalq Bank" 2019-cu ilin yanvar-sentaybr aylarında aktivlərini 8,4% – 2 mlrd. 177,368 mln. manata qədər artırıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə bankdan məlumat verilib.
2019-cu il sentyabrın 30-na bankın kredit portfeli 1 mlrd. 574,772 mln. manat (yanvar-sentyabrda artım 13,9% - İF) təşkil edib.
Sentyabrın sonuna “Xalq Bank”ın öhdəlikləri 1 mlrd. 768,981 mln. manata (artım 2,5%) bərabərdir.
Hesabat dövrünün sonuna bankda depozit portfeli 1 mlrd. 419,798 mln. manat (artım 12,7%) təşkil edib.
1 oktyabr 2019-cu il tarixinə bankın kapitalı 408,387 mln. manat (artım 44,5%), nizamnamə kapitalı 364 mln. 772,54 min manat (artım 62,1%) məbləğindədir.
Hesabat dövründə fəaliyyətinin yekunları üzrə "Xalq Bank"ın xalis mənfəəti 24 mln. 518,23 min manat (2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə artım 36,5%) təşkil edib.
"Xalq Bank" 2004-cü il dekabrın 30-da bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və aktivlərinin həcminə görə Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları 3 hüquqi şəxsdir.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət